- Toplum
- 24 Oktyabr 2019 00:00
- 6 581
Bakıda maşınla vurulan qadının ayaqları sındı

Ona hər iki baldır sümüklərinin sınığı diaqnozu qoyulub
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvanski küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1986-cil il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızını maşın vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona hər iki baldır sümüklərinin sınığı diaqnozu qoyulub.(report.az)
AzNews.az