Yaralı xəstəxanaya çatdırılıb Yaralı xəstəxanaya çatdırılıb
  • Toplum
  • 24 Oktyabr 2019 09:08
  •  1 881

Xəzər rayonunda 34 yaşlı qadını maşın vurdu - sürücü qaçdı

Yaralı xəstəxanaya çatdırılıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Hacıyeva Rəksanə Malik qızı yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kəllə-beyin travması və baldır sümüyünün sınığı diaqnozu qoyulub.

AzNews.az