Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb
  • Toplum
  • 7 Noyabr 2019 10:54
  •  2 451

Bakıda "Mercedes" qaz borusuna çırpıldı

Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb

Bakıda avtomobil qəza törədib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

"Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb. Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az