ETSN məlumat yaydı ETSN məlumat yaydı
  • Toplum
  • 17 Noyabr 2019 13:07
  •  2 007

Həftənin ilk iş gününə olan hava proqnozu bəlli oldu

ETSN məlumat yaydı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan bildirilib ki, havanın temperaturu gecə 4-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.