Yazıda Neft Daşlarının bu günədək keçdiyi inkişaf yoluna da xronoloji ardıcıllıqla nəzər salınıb Yazıda Neft Daşlarının bu günədək keçdiyi inkişaf yoluna da xronoloji ardıcıllıqla nəzər salınıb
  • Toplum
  • 22 Noyabr 2019 08:52
  •  3 254

İsveçrə portalı Neft Daşlarının 70 illiyi münasibətilə yazı dərc etdi

Yazıda Neft Daşlarının bu günədək keçdiyi inkişaf yoluna da xronoloji ardıcıllıqla nəzər salınıb

İsveçrənin www.zeitung.ch internet portalında Neft Daşlarına həsr olunmuş məqalə yerləşdirilib.

Məqalədə Abşeron arxipelaqından cənub-şərqdə yerləşən Neft Daşlarının tikintisinə 1949-cu ildə başlanıldığı qeyd olunur. Bildirilir ki, Azərbaycanda ilk neft platforması olan Neft Daşları, eyni zamanda dünyada ilk ofşor neft platforması kimi də tarixə düşüb. “Ginnesin rekordlar kitabı“na düşən bu platforma illər keçdikcə böyüyərək, tam bir şəhərcik halına gəlib və yeddi hektarlıq ərazini əhatə edir.

Məqalədə Neft Daşlarında görülən işlər, burada tikilən binalar və “metal adalar“ arasında ümumi uzunluğu 200 km-ə çatan yollar barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, hazırda Neft Daşlarında beş min insan yaşayır.

Vurğulanır ki, Azərbaycan iqtisadiyyatında və neft sənayesində özünəməxsus yerə malik Neft Daşlarında ölkənin neft fəhlə və mühəndislərinin neçə-neçə nəsli yetişmiş və burada zəngin təcrübə toplamışlar.

Yazıda, həmçinin Neft Daşlarının bu günədək keçdiyi inkişaf yoluna da xronoloji ardıcıllıqla nəzər salınıb.

AzNews.az