Nəfəs alması da yaxşılaşıb Nəfəs alması da yaxşılaşıb
  • Toplum
  • 22 Noyabr 2019 09:35
  •  2 764

Oqtay Gülalıyevdən sevindirici xəbər: yavaş-yavaş bərpa olur

Nəfəs alması da yaxşılaşıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəlləyiş var.

AzNews.az xəbər verir ki, bu barədə İstanbulda yaşayan azərbaycanlı jurnalist Yaqut Misirxanlı məlumat verib: “Əməliyyatdan sonra başındakı qanlı su təmizlənib. Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki: "bu elə böyük bir əməliyyat deyil, amma bu kirli suyu təmizləmək onu rahatladacaq, nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək".

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı “Amerika Xəstəxanası”na köçürülüb.

O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az