Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb
  • Toplum
  • 23 Noyabr 2019 02:30
  •  2 340

Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon ərazisində iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən birinin - "Nissan"ın sürücüsü, 27 yaşlı Əlizadə Fatimə Əli qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. (report)

AzNews.az