- Toplum
- 28 Noyabr 2019 11:40
- 13 796
Anasının "bar qızı" adlandırdığı qızla evləndi, efirdə ürəyi getdi - VİDEO
Sözügedən görüntüləri sizə təqdim edirik
ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində baş verənlər hər kəsin diqqətini çəkib.
AzNews.az xəbər verir ki, Günay adlı 3 uşaq anası ikinci dəfə ailə qurub, boşandığı həyat yoldaşı Raminlə efirdə üz-üzə gəlib.
Raminlə bir-birilərini sevdiklərini söyləyən Günayın qayınanası efirə bağlanıb. O, Günayın barda işlədiyini deyərək onu "bar qızı" adlandırıb və oğlu ilə birlikdə olmalarına heç vaxt icazə verməyəcəyini söyləyib. Lakin Ramin Günayı sevdiyini və onunla birlikdə olmaq istəyini deyib. Bir qədər sonra vəziyyəti pisləşən Ramin verilişdə özündən gedib.
Ona ilkin yardım göstərilib. Özünə gəldikdən sonra isə studiyanı tərk edib.
Sözügedən görüntüləri sizə təqdim edirik:
AzNews.az
Aynur