ATV-nin efirində şok: Qonşunun 5 aylıq hamilə arvadını qaçırdı - VİDEO

Proqramın və polisin sayəsində qaçırılan qadın tapılıb

Türkiyənin ATV telekanalında aparıcı Esra Erolun verilişində yayımlananlar hər kəsi şoka salıb.

AzNews.az xəbər verir ki, qonşunun 5 aylıq hamilə arvadını qaçıran Murat Dinçin danışdıqları hər kəsi dəhşətə gətirib. Belə ki, həyat yoldaşının qaçırıldığını bildirən Ali Tolu həyat yoldaşı Qamze Tolunun tapılması üçün verilişdən yardım istəyib.

Proqram və polisin sayəsində qaçırılan Qamze Tolu tapılıb. Qamzenin qonşusu Murat Dinç və həyat yoldaşı Yudagül Dinç tərəfindən qaçırıldığı bildirilib. 5 aylıq hamilə olan qadının ərinin bir illik həbsə düşməsindən istifadə edən Murat Dinç bu addımı atıb. Onun sözlərinə görə Qamze də onu sevib və bu işə öz razılığı da olub. Esra Erol Yurdagül Dinçdən bir evdə ərinin başqası ilə birlikdə yaşamasına necə göz yumduğunu soruşub. O isə övladlarına görə buna dözdüyünü bildirib.

Qamze isə Muratın hədə qorxularından dolayı məcbur qalıb onunla getdiyini bildirib.

Aynur

AzNews.az