"Sürücüləri bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyirik” "Sürücüləri bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyirik”
  • Toplum
  • 8 Dekabr 2019 21:15
  •  1 202

Aeroport yolunda yük maşını aşıb, tıxac yaranıb

"Sürücüləri bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyirik”

Heydər Əliyev prospekti - hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat yayıb.

“İlkin məlumata görə, “Baku Expo Center”in qarşısında yük maşını aşıb. Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir. Yolun bu hissəsində zolaqlar üzrə sürət həddi də endirilib.

Bir daha sürücüləri bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyirik”, - deyə o bildirib. (Report)

AzNews.az