- Toplum
- 9 Dekabr 2019 13:36
- 2 912
Bu ərazilərdə işıq sönəcək - Xəbərdarlıq
Azərişıq ASC məlumat yaydı
Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.
Azərişıq ASC-dən verilən məlumata görə, bununla əlaqədar olaraq 10.12.2019-cu il tarixindən adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq. (axar.az)
AzNews.az