Adları çəkilən şəxslərlə heç bir əlaqəm olmayıb Adları çəkilən şəxslərlə heç bir əlaqəm olmayıb
  • Toplum
  • 30 Dekabr 2019 15:12
  •  14 891

Elnur Allahverdiyev haqqında yayılan məlumatları yalan adlandırdı

Adları çəkilən şəxslərlə heç bir əlaqəm olmayıb

Mətbuatda haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini söyləyən "ABC-Telekom” MMC-nin rəhbəri, Sloveniyanın Azərbaycandakı fəxri konsulu, YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin Sfera.az-a açıqlamasını təqdim edirik:

"Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və qarşı tərəfin mövqeyi olmadan dərc olunub. Adları çəkilən şəxslərlə heç bir əlaqəm olmayıb.

Bir neçə il öncə saytlardan birində dərc olunmuş böhtan xarakterli yazılara yenidən istinad etməyi peşəkarlıqdan uzaq hal hesab edirəm.

Sizin peşəkarlığınıza hörmətlə yanaşıram və suallarınıza görə təşəkkür edirəm.”

Xatırladaq ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda Elnur Allahverdiyevin qalmaqallı iş adamı kimi ad qazandığını, həmçinin vaxtilə sahibi olduğu "Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin "krışa”lıq etdiyini yazıb.

AzNews.az