Bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər Bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər
  • Toplum
  • 18 Fevral 2020 11:30
  •  2 445

Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

Bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.