Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb
  • Toplum
  • 26 Mart 2020 15:11
  •  2 907

Azərbaycanda koronavirusa yoluxmuş daha 5 nəfər sağaldı

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş beş nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 122 nəfər virusa yoluxub. Bunlardan 3 nəfər ölüb, 15 nəfər sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalara 104 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.