Məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb Məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb
  • Toplum
  • 27 Mart 2020 20:57
  •  2 864

DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı - Açıqlama

Məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan məktubla bağlı açıqlama yayıb.

AzNews.az-a daxil olan məlumatda bildirilir ki, məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb.

"Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinformasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir".