Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib
  • Toplum
  • 30 Mart 2020 11:36
  •  2 533

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.

AzNews.az xəbər verir ki, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.