FHN yayıb FHN yayıb
  • Toplum
  • 2 Aprel 2020 01:20
  •  2 617

Bakıxanov BAZARI YANIB

FHN yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzNews.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bazarda baş verən yanğın söndürülüb.

Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir.

Əlavə məlumat veriləcək.