Bununla bağlı AQTA məlumat yayıb Bununla bağlı AQTA məlumat yayıb
  • Toplum
  • 4 Aprel 2020 19:43
  •  2 580

AQTA sahibkarlara müraciət edib

Bununla bağlı AQTA məlumat yayıb

Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sağlamlıq vəziyyətinə şübhə olan işçilər barədə sahibkarlara müraciət edib.

AQTA-dan AzNews.az-a bildirilib ki, əgər hansısa işçinin səhhətinə görə narahatlığı olsa, bununla bağlı dərhal tədbir görülməlidir.

Həmin işçilər digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir: "Xəstəlikdən azad olanadək evdə qalmalı, belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməli və xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan yaradılmalıdır".