- Toplum
- 21 May 2020 21:23
- 3 557
100 azərbaycanlı Polşadan Bakıya gətirildi
Varşavadan gələn bütün sərnişinlər karantinə yerləşdirilib
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətdən AzNews.az-a verilən məlumata görə, bu gün Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.
Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirmişdi.