- Toplum
- 25 May 2020 20:31
- 6 361
Şamaxının icra başçısından - Açıqlama

Tahir Məmmədov hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.
AzNews.az-ın məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib:
“Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.