"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi?" "Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi?"
  • Toplum
  • 5 İyun 2020 16:51
  •  3 560

Deputat internetlə bağlı problemdən danışdı

"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi?"

"Biz karantin dövründə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez online əlaqə kəsilirdi".

AzNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib. O qeyd edib ki, Cinayət -Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsi təmin ediləcək:

"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".