Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir
  • Toplum
  • 5 İyun 2020 17:23
  •  3 978

Təhsil haqqı ilə bağlı tələbələrə MÜRACİƏT

Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin müraciətlərinin qəbulu davam etdirilir.

Təhsil Nazirliyindən AzNews.az-a daxil olan məlumata görə, hazırkı dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər.

Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir. Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq.