Ümumilikdə 343 391 test aparılıb Ümumilikdə 343 391 test aparılıb
  • Toplum
  • 8 İyun 2020 21:09
  •  2 253

Azərbaycanda indiyədək aparılan testlərin sayı açıqlandı

Ümumilikdə 343 391 test aparılıb

Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəricilər açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 3515 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 343 391 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 323 nəfər koronavirusa yoluxub, 228 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.