Ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir Ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir
  • Toplum
  • 19 İyun 2020 18:21
  •  2 232

Təyyarə bileti alanların hərəkətinə belə icazə veriləcək

Ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir

Nazirlər Kabinetinin 21 iyun- 5 iyul tarixlərində tətbiq ediləcək xüsusi karantin rejimi qaydalarında təyyarə bileti alan şəxslərin necə hərəkət etməsi də müəyyən edilib.

AzNews.az-ın verdiyi xəbərə görə, qərarda qeyd olunur ki, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.