Müdafiə Nazirliyindən bildirilib Müdafiə Nazirliyindən bildirilib
  • Toplum
  • 3 İyul 2020 12:19
  •  5 216

Ordunun bəzi bölmələri karantin rejiminə nəzarətə cəlb edildi

Müdafiə Nazirliyindən bildirilib

“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib: “Hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər”.