"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik" "Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik"
  • Toplum
  • 10 İyul 2020 16:30
  •  3 561

Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik"

Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin “20 yanvar” metrosu istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

AzNews.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib.