Xalq artistinin vəziyyəti ağırdır Xalq artistinin vəziyyəti ağırdır
  • Toplum
  • 12 İyul 2020 15:38
  •  2 393

Koronavirusa yoluxan Nəzakət Teymurova DANIŞDI - YENİLƏNİB

Xalq artistinin vəziyyəti ağırdır

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub.

AzNews.az-ın məlumatına görə, Xalq artisti Teleqraf.com-a açıqlamasında qeyd edib ki, səhhəti normaldır.

"Narahat olmayın. Müalicəmi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva nəzarətə götürüb. Modul tipli xəstəxanaya yerləşdirildim. İnşallah ki, hər şey yaxşı olar", - deyə Nəzakət Teymurova bildirib.

***

Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub.

AzNews.az-ın məlumatına görə, bu barədə Hacı Nuran Hüseynov bildirib.

O, qeyd edib ki, Xalq artistinin vəziyyəti ağırdır.

Hazırda xalq artisti xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb. (Teleqraf.com)