Bir saat ərzində 23,6 mm yağıntı düşüb Bir saat ərzində 23,6 mm yağıntı düşüb
  • Toplum
  • 14 İyul 2020 18:06
  •  2 495

Xınalığa leysan yağıb - Faktiki hava

Bir saat ərzində 23,6 mm yağıntı düşüb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda,Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.