• Toplum
  • 3 Avqust 2020 17:43
  •  786

Toylarla bağlı qadağa qüvvədə qaldı

Yas mərasimlərinin keçirilməsi və toy məclislərinin təşkili qadağandır

Azərbaycanda toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalıb.

AzNews.az xəbər verir ki, Operativ Qərargahın bu gün yayımladığı açıqlamada 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasına toy və yas mərasimləri də daxildir.

Belə ki, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi və toy məclislərinin təşkili qadağandır.