Heç bir azalma olmayacaq Heç bir azalma olmayacaq
  • Toplum
  • 4 Avqust 2020 10:30
  •  5 450

Pensiyalarla bağlı yayılan söhbətlər yalandır

Heç bir azalma olmayacaq

Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb.

Məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, məşğulluq tədbirləri uğurla həyata keçirilir. Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək: “Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək. Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”. (Trend)

AzNews.az