Bu barədə Operativ Qərargah qərar qəbul edib Bu barədə Operativ Qərargah qərar qəbul edib
  • Toplum
  • 7 Avqust 2020 23:19
  •  2 811

Bu şəxslərin rayonlara giriş-çıxışına üç halda icazə veriləcək

Bu barədə Operativ Qərargah qərar qəbul edib

Avqustun 10-u saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Operativ Qərargah qərar qəbul edib:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.