Sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur Sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur
  • Toplum
  • 8 Avqust 2020 16:43
  •  2 598

Çimərliklərdə nəzarət-profilaktik tədbirləri keçirilir

Sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur.

DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü ə ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.