Ekspert açıqladı Ekspert açıqladı
  • Toplum
  • 14 Avqust 2020 11:30
  •  41 506

Bəzi kolleclərdə təhsil haqqı artırıldı

Ekspert açıqladı

“9 illik təhsildən kolleclərə qəbulda illik təhsil haqları bir neçə kollec üzrə artırılıb”.

AzNews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi təhsil haqlarının artırılmasını şərh edən zaman qeyd edib.

Təhsil eksperti təhsil haqqı qalxan dövlət və özəl kolleclərin siyasını açıqlayıb:

Dövlət Kollecləri üzrə:

1. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-iqtisad Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 900 manat.

2. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 500 manat olduğu halda bu il olub 600 manat.

3. Bakı Qida Sənaye Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600 manat olduğu halda bu il olub 800 manat.

4. Azərbaycan Texinki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 800 manat.

5. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 800 manat.

Özəl kolleclər üzrə:

1. Bakı Biznes və Kooperasiya Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 950 manat olduğu halda bu il olub 1100 manat.

2. Qərbi Kaspi Universitinin nəzdində olan Kollecin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600-700 manat olduğu halda bu il olub 890-1190 manat.

Səidə Vahid

AzNews.az