"Mömin insanların qaydalara riayət etməsini gözləyirik" "Mömin insanların qaydalara riayət etməsini gözləyirik"
  • Toplum
  • 15 Avqust 2020 11:35
  •  2 781

Prezidentin köməkçisi Məhərrəmliklə bağlı müraciət etdi

"Mömin insanların qaydalara riayət etməsini gözləyirik"

“Mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, mömin insanların bu qaydalara riayət etməsini gözləyirlər.