Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib
  • Toplum
  • 15 Avqust 2020 22:03
  •  2 295

Qazaxda partladıcı aşkarlanıb

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib

Avqustun 15-də saat 11:40-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndində bir ədəd top mərmisinin döyüş başlığının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AzNews.az-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd boş V-30 partladıcısı aşkarlanıb. Həmin partladıcı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partladıcının tapıldığı yerin ətrafında 24 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.