Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib
  • Toplum
  • 26 Avqust 2020 14:00
  •  1 950

Nazirlikdəki yanğınla bağlı yeni xəbər

Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib

Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib.

AzNews.az xəbər verir ki Nazirliyin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur sabitovanın sözlərinə görə, nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb:

“Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş agənginə heç bir təsiri olmayıb”.

Səidə Vahid

AzNews.az