Hüquq müdafiəçisi dövlət orqanını qınadı Hüquq müdafiəçisi dövlət orqanını qınadı
  • Toplum
  • 3 Sentyabr 2020 13:30
  •  2 492

"İndi hər orqan gündə bir konsepsiya, bir sənəd ortaya atır"

Hüquq müdafiəçisi dövlət orqanını qınadı

“Əhalinin maraqlarına toxunan qərarlar qəbul olunarkən ictimaiyyətin rəyini örənmək lazımdır”.

AzNews.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O təssüflə bildirib ki, bizdə bəzi orqanlar bunu hələ də anlamır:

“Bir sənəd ortaya çıxanda "biz bunu mütəxəssislərlə məsləhətləşib hazırlamışıq" deyirlər. Ötən il bir sənəd ciddi müzakirələrə səbəb olmuşdu (hələ də qəbul olunmayıb). Bir ciddi iclasda o sənədi hazırlayan dövlət orqanının (ali kateqoriya dövlət orqanıdır) rəhbəri də təxminən belə fikir işlətdi ki, "Bu sənədi peşəkarlar hazırlayıb". Mən də ona xitabən belə bir cümlə işlətim: "Titaniki peşəkarlar tikmişdi, amma o ilk səyahətində qərq oldu, amma Nuhun gəmisini həvəskarlar tikmişdi, o gəmi dünyanı xilas etdi".

İndi hər orqan gündə bir konsepsiya, bir sənəd ortaya atır. Hamısı da milyonların marağına aid. Bu sənədi hazırlayarkən əhalinin vəziyyətini, onların rəyini öyrənmisiz? Olmaz ki, bir beyin mərkəzinə sifariş verərsiz və onlarda əhalinin rəyini öyrənsin? Çox çətindir? Çətin deyil”.

Səidə Vahid

AzNews.az