- Toplum
- 6 Sentyabr 2020 21:48
- 4 647
Bakıda mənzildən qadın meyiti tapıldı

1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Bakıda mənzildən meyit tapılıb.
FHN-dən AzNews.az-a daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Cəfərova Müşqina Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.