Həmin görüntülər sosial mediada yayılmağa başlandığı andan izləyicilərin sərt reaksiyasına səbəb olub Həmin görüntülər sosial mediada yayılmağa başlandığı andan izləyicilərin sərt reaksiyasına səbəb olub
  • Toplum
  • 11 Sentyabr 2020 12:40
  •  7 823

“Tik-tok”da paylaşdığı videoya görə cərimələndi

Həmin görüntülər sosial mediada yayılmağa başlandığı andan izləyicilərin sərt reaksiyasına səbəb olub

“Tik-Tok”da paylaşmaq üçün ayaqlarıyla əzdiyi turşuluq bibərləri videoya çəkən şəxsin işlədiyi şirkətə 13 min 954 TL pul cəzası kəsilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqalanın Biga rayonunun Kozçeşme kəndində baş verib. Həmin görüntülər sosial mediada yayılmağa başlandığı andan izləyicilərin sərt reaksiyasına səbəb olub.

Çanaqqala Əkinçilik və Meşə İl Müdirliyi ilə Biga İlçe Əkinçilik və Meşə Əməliyyat Müdirliyi qrupları, bölgədəki müəssisələrin təhlükəsizlik kameralarını araşdırıb.

Araşdırmalardan sonra şəxsin işlədiyi şirkət müəyyənləşib. Lazımi gigiyena qaydalarına riayət etmədiyi üçün şirkətə 13 min 954 türk lirəsi pul cəzası kəsilərkən, istehsala hazırlanan 2,5 ton turşu bibəri də məhv edilib.

Səidə Vahid

AzNews.az