Təhsil Nazirliyinin məlumatı Təhsil Nazirliyinin məlumatı
  • Toplum
  • 26 Sentyabr 2020 16:45
  •  2 640

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyinin məlumatı

Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 51 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 1 nəfər təşkil edib.

Bu gün virusa yoluxan şagird sayı isə 10, İşçi heyətinin sayı 2 olub.