Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin!
  • Toplum
  • 4 Oktyabr 2020 20:08
  •  1 647

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, paylaşımda deyilir:

“Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".