Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq
  • Toplum
  • 5 Oktyabr 2020 17:21
  •  5 007

Milli poçt operatoru vətəndaşlara çağırış edir

Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC vətəndaşları xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirməyə çağırır.

AzNews.az-a daxil olan məlumata görə, Azərbaycanın yeganə milli poçt operatoru “Azərpoçt” Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsi çərçivəsində məktub yazmaq ənənəsinə sadiq qalaraq öz hisslərini kağız üzərinə köçürməyi və ordumuza ismarlamağı tövsiyə edir.

Əsas məqsəd Azərbaycan vətəndaşının onu qələbə xəbərləri ilə sevindirən əsgərinə, ordusuna ehtiram və diqqətini kağıza köçürüb igid əsgərlərimizə çatdırmaqdır. Vətəndaşlar “Azərpoçt” MMC-nin bütün respublika üzrə poçt şöbələrinə və “Şəbəkə” xidmət mərkəzlərinə yaxınlaşaraq əsgərlərimizə məktub göndərə bilərlər.

Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.