- Toplum
- 7 Oktyabr 2020 17:45
- 2 505
Azərbaycanda daha 12 şagird koronavirusa yoluxub
Təhsil Nazirliyi məlumat yayıb
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən AzNews.az-a bildirilib ki, 6 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 12 şagird və 2 işçidə koronavirus aşkarlanıb.
Əyani təhsilə keçirilmiş siniflərin sayı 4, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.
İndiyə qədər ölkə üzrə iki məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.