Qulağındakı sarğıya, üzündəki yaraya rəğmən adı kimi xoşbəxtdir Qulağındakı sarğıya, üzündəki yaraya rəğmən adı kimi xoşbəxtdir
  • Toplum
  • 12 Oktyabr 2020 13:45
  •  3 566

Dünya bu uşaqdan danışır

Qulağındakı sarğıya, üzündəki yaraya rəğmən adı kimi xoşbəxtdir

Atəşkəs olmasına baxmayaraq mülki şəxslərin yaşadığı binaya raket atan erməni vəhşiliyi "BBC"dən "Əl-Cəzirə" və "Euronews"a qədər dünya mediasında birinci yerdədir.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin “Twitter” hesabında paylaşdığı beş yaşlı Bəxtiyar haqda dünya danışır.

11 oktyabr gecə saatlarında yatağında düşmən hücumuna məruz qalan Bəxtiyar yüngül yaralarla partlayışdan xilas olmasına baxmayaraq, Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi orada olan bütün uşaqların şok keçirdiyini bildirib.

Həkim “Reuters”in fotomüxbiri Ümit Bektaş tərəfindən çəkilən oğlan haqda "Əlbətdə ki, Bəxtiyar hadisəni dərk eləmir, “bomba partladı”, - deyir. Dağıntılar arasında bacısı Şəhla ilə oynayır. Qulağındakı sarğıya, üzündəki yaraya rəğmən adı kimi xoşbəxtdir”, - sözlərini deyib.

Səidə

AzNews.az

image description