Qərara əsasən aşağıdakı qərarlarda dəyişiklik edilərək “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib Qərara əsasən aşağıdakı qərarlarda dəyişiklik edilərək “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib
  • Toplum
  • 22 Oktyabr 2020 19:43
  •  2 255

Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edildi

Qərara əsasən aşağıdakı qərarlarda dəyişiklik edilərək “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edib.

AzNews.az-ın məlumatına görə, qərara əsasən aşağıdakı qərarlarda dəyişiklik edilərək “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib.

- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 1993-cü il 8 yanvar tarixli 9 nömrəli;

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli;

- “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərar.