Düşmənin məkrli olduğunu unutmayaq! Düşmənin məkrli olduğunu unutmayaq!
  • Toplum
  • 23 Oktyabr 2020 11:45
  •  3 046

DİN əhaliyə müraciət edib

Düşmənin məkrli olduğunu unutmayaq!

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib:

"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!"