Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib
  • Toplum
  • 23 Oktyabr 2020 18:39
  •  4 622

Nazir İran səfiri ilə Ağbəndi müzakirə etdi

Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.

AzNews.az-a daxil olan məlumata görə, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Ramin Quluzadə 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsini diqqətə çatdırıb. Bu münasibətlə İran dövlətini və xalqını təbrik edib. Öz növbəsində səfir Seyid Abbas Musəvi də Azərbaycan xalqına təbriklərini çatdırıb.

Nazir, həmçinin səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları, təcavüzkar siyasəti, mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi hərbi və müharibə cinayətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat, İKT və poçt sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.