Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib
  • Toplum
  • 31 Oktyabr 2020 20:11
  •  3 829

İşğaldan azad olunan ərazilərdə sosial müdafiə proqramları icra olunacaq

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib

Ölkəmizin digər bölgələrində olduğu kimi, işğaldan azad olunan ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq.

AzNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.

Nazir bildirib ki, bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb.

O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək.

Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.

İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.