Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək
  • Toplum
  • 21 Noyabr 2020 13:11
  •  2 739

Noyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.

AzNews.az xəbər verir ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd və kompensasiyalarını bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, noyabrın 13-dək bu ayın bütün ölkə üzrə pensiya ödənişi də başa çatdırılıb.

Beləliklə, 2,3 milyona yaxın şəxsə bu ay pensiya, müavinət, təqaüd və kompensasiya ödənilib.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək.