Belə bir kadr sabah əmək bazarında peşəkar kadr ola bilməz Belə bir kadr sabah əmək bazarında peşəkar kadr ola bilməz
  • Toplum
  • 27 Noyabr 2020 11:38
  •  4 431

“Universitet də çox düzgün olaraq həmin tələbəni universitetdən xaric edib" -Təhsil eksperti

Belə bir kadr sabah əmək bazarında peşəkar kadr ola bilməz

“Pandemiya səbəbindən ali və orta təhsil müəssisələrində ənənəvi tədrisin təşkili mümkün deyil. Hazırda bütün növ və pillələrdə təhsil onlayn rejimində həyata keçirilir. Bu ən asan təhsil alma və təhsil vermə forması olsa da, ölkəmizdə obyektiv və subyektiv səbəblərdən hələdə bunun təşkilində problemlər var.

Bir neçə gün öncə Bakı Dövlət Universitetinin tələbəsi bir çoxunun maddi-texniki səbəblərdən qoşula bilmədiyi dərsə qoşulub təhsil, tələbə, milli dəyər adına yaraşmayan hərəkətə yol verib”.

AzNews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədova BDU-dan xaric olunan tələbə məsələsinə münasibət bildirən zaman deyib:

“Universitet də çox düzgün olaraq həmin tələbəni universitetdən xaric edib. Həmin tələbə dövlət atributuna, xüsusilə dövlət bayrağına aşkar və nümayişkəranə şəkildə hörmətsizlik ifadə edib və təhqir edib ki, bu da birbaşa cinayət məsuliyyətinə tövsiyə olunur.

Bundan başqa tələbə tədrisin normal gedişinə aşkar şəkildə maneə yaradır ki, bu da daxili nizam-intizam qaydalarına, tədrisin təşkili qaydalarına ziddir və buna görə də tələbə təhsil müəssisədən xaric olunmalıdır”.

Ekspert bildirib ki, belə bir kadr sabah əmək bazarında peşəkar kadr ola bilməz:

“Digər tərəfdən, dərsi aparan müəllim yaşlı və qadındır ki, tələbə aşkar şəkildə hörmətsizlik nümayiş etdirir.

Hazırda onlayn rejimdə tədrisin təşkili çox çətindir. Hər kəs çətinlikləri anlayışla qarşılayıb maksimum prosesə dəstək verməlidir”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin I kurs tələbəsi Pərviz Məhəmmədovun Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıbmışdı.

BDU-dan verilən rəsmi məlumata görə, tələbə universitetdən xaric edilib.

Səidə

AzNews.az